AZ

Biləsuvarda ilk dəfə olaraq yabanı zəfəran əkildi

Biləsuvar rayonunda ilk dəfə olaraq bu il zəfəranın yabanı sortunun əkini aparılıb.

KONKRET.az-ın məlumatına görə, məhsul rayonun Ağalıkənd kəndində əkilib. Məhsul ilkin olaraq 1 hektar sahədə becərilir.

Qeyd edək ki, bitkinin Aralıq dənizi ətrafı ölkələrdə, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Mərkəzi Asiyada, Kiçik Asiyada, İran, Əfqanıstan və Qafqazda 30-a yaxın növü bitir. Bir çox xarici ölkələrdə qiymətli ərzaq, boya, texniki və sair bitki kimi becərilir.

Seçilən
95
4
konkret.az

5Mənbələr