AZ

Ukrayna Rusiyada metallurgiya kombinatını 7 PUA ilə vurdu

Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk metallurgiya kombinatına PUA-larla hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, gecə saatlarında başlayan hücum bir saat davam edib. Bu müddət ərzində kombinatın ərazisinə 7 PUA düşüb.

PUA-lardan biri kombinatın oksigen ayrılması bölməsini vurub. Daha 4 dron oksigen stansiyasının yerləşdiyi binaya hücum edib.

Kombinatın qarajı da zədələnib. Xəsarət alanların olmağı bildirilib.

Seçilən
75
2
bakivaxti.az

3Mənbələr