AZ

''Fənərbaxça'' Mourinyonun ilk oyununda əzmkar qələbə qazandı

“Fənərbaxça'' Joze Mourinyonun başçılığı altında ilk oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi dünən ''Topuq Yaylası'' bazasındakı stadionda Rumıniya təmsilçisi ''Petrolul'' ilə hazırlıq oyununda qüvvəsini sınayıb. ''Petrolul''u məşqçi karyerasına yenicə start verən türkiyəli Mehmet Topal çalışdırır. Aydın məsələdi ki, ''Fənər'' bu matça bir sıra əsas futbolçularsız çıxmışdı. Çünki AÇ-də iştirak edənlər hələ də Mourinyonun ixtiyarında deyil. Başqan Əli Koç və yönətici Acun Ilıcalının da izlədiyi oyunda ''sarı-lacivərdlilər'' 35-ci dəqiqədə hesabda geri düşdülər. Buna baxmayaraq komanda əzmkar qələbə qazandı. 41-ci dəqiqədə komandadan ayrılması gündəmdə olan Edin Ceko bərabərliyi təmin etdisə, 54-cü dəqiqədə Miha Zayts cərimə zərbəsindən fərqlənməklə yekun nəticəni müəyyənləşdirdi. Qeyd edək ki, ''Fənər'' iyulun 2-də toplanış üçün Avstriyaya yollanacaq və orda daha 3 hazırlıq oyunu keçirəcək.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
football-plus.az

1Mənbələr