AZ

Fransada tarixi seçkilər

Fransada nasist dövründən bəri ilk dəfə hökumət seçkilərin nəticələrindən asılı olaraq ifrat sağçı ekstremistlərin əlinə keçə bilər.
Elchi.az xəbər verir ki, Fransanın hər yerində ümumi seçkilərin birinci turu üçün səsvermə başlayıb.
İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçilib. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Fransa prezidenti Emmanuel Makron böyük məğlubiyyətə uğradı və parlamenti buraxdı.
Bu, Fransa üçün tarixi sayıla biləcək erkən seçkilərə yol açdı. Fransızlar bu gün seçkinin birinci turu üçün sandıq başına gedir. Son rəy sorğuları göstərir ki, Makron seçkidə öndə olmayacaq.
Marin Le Pen tərəfindən Milli Birlik Partiyasının baş nazirliyə namizədi kimi irəli sürülən 28 yaşlı Cordan Bardellanın seçkinin ilk turunda qalib gələcəyi proqnozlaşdırılır.
Seçkilərin iki turunda ictimaiyyət Fransa Milli Assambleyasında 577 yeri müəyyənləşdirəcək.
Nəticələrin birbaşa olaraq Avropa maliyyə bazarlarına, Qərbin Ukraynaya dəstəyinə və nüvə razılaşmalarına təsir edə biləcəyi düşünülsə də, bir çox fransızlar Makronun liderliyi, inflyasiya və iqtisadi narahatlıqlarını “xalqdan qopmaqda” ittiham edirlər.
Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
elchi.az

1Mənbələr