İyunun 30-na keçən gecə Amerika Kubokunun qrup mərhələsinin üçüncü turu çərçivəsində Argentina və Peru yığmaları arasında oyun keçirilib.
Fanat.Az xəbər verir ki görüş Lionel Skaloninin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Lautaro Martinez dubla imza atıb. Ulduz hücumçu Lionel Messi bu oyunda meydana daxil olmayıb.
Digər görüşdə isə Kanada və Çili 0:0 hesablı bərabərə qalıb.
A qrupunda Argentina 9, Kanada 4, Çili 2, Peru 1 xal toplayıb.
Beləliklə, Argentina və Kanada pley-offa yüksəlib.
Mirağa