AZ

Argentina pley-offa Messisiz yüksəldi

İyunun 30-na keçən gecə Amerika Kubokunun qrup mərhələsinin üçüncü turu çərçivəsində Argentina və Peru yığmaları arasında oyun keçirilib.

Fanat.Az xəbər verir ki  görüş Lionel Skaloninin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Lautaro Martinez dubla imza atıb. Ulduz hücumçu Lionel Messi bu oyunda meydana daxil olmayıb.

Digər görüşdə isə Kanada və Çili 0:0 hesablı bərabərə qalıb.

A qrupunda Argentina 9, Kanada 4, Çili 2, Peru 1 xal toplayıb.

Beləliklə, Argentina və Kanada pley-offa yüksəlib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
fanat.az

1Mənbələr