Ruslara konyak, araq və brendinin qiyməti iyulun 1-dən bahalaşacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
“Fort” şərab ticarəti şirkətinin şöbə müdiri Ruslan Braqin hər üç spirtli içkinin qiymətində elə ciddi artım olmayacaq:
“Araq markasından asılı olaraq, 17-50 rubl, konyak və brendilər də 30-40 rubl bahalaşacaq”.
Braqinin sözlərinə görə, bahalaşmaya səbəb spirtli içkilərin kölgə istehsalına qarşı mübarizə aparmaqdır.