AZ

Kanada Amerika Kubokunda 1/4 finala yüksəldi, ilkə imza atdı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, bu gün A qrupunda mübarizəyə yekun vurulub.

Peru millisi ilə qarşılaşan Argentina yığması 2:0 hesablı qələbə qazanıb.

Kanada – Çili qarşılşamasında isə qapılara qol vurulmayıb.

Beləliklə, 3 oyuna maksimum – 9 xal toplayan Argentina 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb. Kanada isə 4 xalla qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

Yeri gəlmişkən qeyd edək ki, Amerika Kubokunda ilk dəfə iştirak edən Kanada millisi tarixi uğura imza atıb. Şimali Amerika təmsilçisi ilk dəfə qatıldığı yarışda qrup mərhələsini adlayan üçüncü komanda olub. Çili millisi ilə qolsuz bitən qarşılaşmadan sonra Kanada tarixində ilk dəfə 1/4 finalda iştirak hüququ qazanıb. Amerika Kuboku tarixində buna qədər yalnız Meksika (1993) və Honduras (2001) milliləri eyni uğura imza atıb. Kanada həm də ABŞ, Meksika, Kosta Rika, Panama, Yamayka, Honduras, Haiti, Yaponiya və Qətərdən sonra Cənubi Amerika təmsilçisi olmayan və bu yarışda iştirak edən 10-cu komandadır.

Xatırladaq ki, Argentina yığması Amerika Kubokunun sonuncu qalibidir.

Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Amerika Kuboku
A qrupu
30 iyun

Argentina – Peru 2:0
Qollar: Lautaro Martines, 47; 86.

Kanada – Çili 0:0

Xallar: Argentina – 9. Kanada – 4. Çili – 2. Peru – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
arena.az

1Mənbələr