AZ

Eltac Səfərli Voyvodinada lider mövqeyində

Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.

İdman.biz xəbər verir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.

Yerli şahmatçı Nikola Sedlak da eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turdan hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
idman.biz

2Mənbələr