AZ

Ağstafa və Tovuz rayonlarında təlim keçirilib

Qazax Regional İnkişaf Resursları İctimayi Birliyinin təşəbbüsü ilə "Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək" layihəsi çərçivəsində Ağstafa və Tovuz rayonlarında təlim keçirilib.

Musavat.com xəbər verir ki, Qazax Regional İnkişaf Resursları İctimai birliyinin sədri Məhərrəm Göyüşoğlunun verdiyi məlumata görə, təlimlər Ağstafa rayonunun Qarahəsənli, Pirli, həmçinin Tovuz rayonunun Dondar Quşçu, Aşağı Quşçu kənd icmalarının fəalları arasında keçirilib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin əsas məqsədi- İcma üzvlərinin qərar qəbulu proseslərinə cəlb olunması ilə, yerli sosial problemlərin həllinə və vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır.

Bu məqsədlə təlimlərdə “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirsakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb.

Bundan başqa, icma üzvləri yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər. Belə ki, Tovuzlu icma fəalları suvarma və içməli su,xüsusən içməli su xəttlərinin köhnəlməsini və filtirasiyadan keçməməsini,elektrik xəttlərinin köhnə olması, kabelləşmənin kəndlərdə aparılmamasını,Ağstafa rayonu icmalarının fəalları isə məktəb, yol, marşrut avtobuslarının işləməməsi və xüsusən Pirli icmasında gənclərin kütləvi şəhərə axınını əsas problem kimi qeyd etdilər.

İcma fəalları məhz bu kimi social problemlərin həlli üçün Dövlətimizə güvəndiklərini və tezliklə həllini tapacağına ümid etdiklərini ifadə etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
musavat.com

2Mənbələr