AZ

“Qəribə oyun idi” - Naqelsman

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann komandasının Avro-2024-ün 1/8 finalında Danimarkaya qalib gələrək (2:0) 1/4 finala adlamasını şərh edib.

AzxeberSport UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının zəif tərəflərnin olduğunu da deyib:

“Qəribə oyun idi. İlk 20 dəqiqə bizim üçün turnirin ən yaxşısı oldu. Sonra qısa bir fasilə verdik. Tufana görə fasilə yaranandan sonra bəzi dəyişikliklər etdik və yenidən daha yaxşı müdafiə olunmağa başladıq. Komandaya dedik ki, hələ də üzərində 100 faiz işləmədiyimiz məqamlarımız var. Biz daha səbirli olmalı və anı gözləməliyik”.

Qeyd edək ki, 1/4 finalda Almaniya yığması İspaniya-Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
azxebersport.az

3Mənbələr