AZ

AVRO-2024: İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün İngiltərə Slovakiya ilə, İspaniya isə Gürcüstanla üz-üzə gələcək.Qrup mərhələsində inamsız təsir bağışlayan ingiltərəlilər 1/8 final mərhələsində etimadı doğrultmağa çalışacaqlar. Slovakiya millisi isə ələ düşən fürsətdən layiqincə yararlanaraq azarkeşlərini sevindirmək niyyətindədir.Rəqiblər indiyədək ümumilikdə altı dəfə üz-üzə gəliblər. Qarşılaşmaların hər biri İngiltərə millisinin qələbəsi ilə başa çatıb. Məhz bu səbəbdən bu görüşün də favoriti İngiltərə millisi hesab olunur. Komandaların heyətində itkilər yoxdur.İspaniya-Gürcüstan görüşünün açıq favoriti ispanlardır. Amma turnirin sürpriz komandası olan Gürcüstan millisi ilə görüş İspaniya seçməsi üçün heç də asan olmayacaq. Qrup mərhələsində gözlənilmədən Portuqaliyanı 2:0 hesabı ilə məğlub edən Qafqaz təmsilçisi ispanlarla görüşdə də etimadı doğrulda bilər. İspaniya millisi isə ümumilikdə AVRO-2024-ün də favorit komandalarından sayıldığı üçün qalib gələrək statusunu təsdiqləməyə çalışacaq.Komandalar indiyədək ümumilikdə yeddi dəfə qarşılaşıblar. Bunlardan beşində İspaniya millisi, birində isə Gürcüstan seçməsi qalib gəlib, bir görüş heç-heçə bitib.Rəqiblərin heyətində ciddi itkilər var. İspaniyanın heyətində Naço Fernandes və Ayozi Perea zədəli olduqlarından komandaya kömək edə bilməyəcəklər. Gürcüstan seçməsində isə Anzor Mekavabişvili cəzalı olduğundan görüşü buraxmalı olacaq.30 iyun1/8 final mərhələsiİngiltərə - SlovakiyaSaat 20:00, "Veltins Arena"İspaniya - GürcüstanSaat 23:00, "RheinEnergieStadion"














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

5Mənbələr