AZ

Sautqeyt: “Azarkeşlərin mənim haqqımda nə düşünməsinin əhəmiyyəti yoxdur”

Bu gün İngiltərə millisi AVRO-2024-ün 1/8 finalında Slovakiya ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, britaniyalıların baş məşqçisi Qaret Sautqeyt tənqidlərə əhəmiyyət vermədiyini bildirib. “Azarkeşlərin mənim haqqımda nə düşünməsinin əhəmiyyəti yoxdur. Ən əsası komandanın dəstəyidir. Biz olmaq istədiyimiz yerdən yəqin ki, beş faiz uzaqdayıq. Ona görə də hər şeyi atmamaq üçün çox diqqətli olmalıyıq. Əlimizdə olanı itirməməliyik. Bizdə yaxşı alınan, oyunçuların birlikdə meydana çıxması zamanı yaranan sabitliyi və inamı itirməməliyik. Kənar məsləhətlərə məhəl qoymamalı və gördüyün işdən əmin olmalısan”.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
matc.az

1Mənbələr