AZ

AVRO-2024: Polis maskalı azarkeşə silah çıxardı

Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən AVRO-2024-ün 1/8 finalında Almaniya və Danimarka yığmaları arasında keçirilən oyundan (2:0) sonra polis stadionun damına çıxan maskalı şəxsi düşürməli olub. Matc.az “Daily Mail”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları silah çıxarmalı olublar və yalnız bundan sonra maskalı şəxs damdan enib. Daha sonra polis onu saxlayıb və maskasını çıxarıb. Xatırladaq ki, 53-cü dəqiqədə hücumçu Kay Haverts penaltidən fərqlənərək matçda hesabı açıb. 68-ci dəqiqədə Almaniyanın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala fərqi artırıb. AVRO-2024-ün 1/4 finalında Bundesteam İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
matc.az

1Mənbələr