AZ

Naqelsmann: “Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu”

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann komandasının AVRO-2024-ün 1/8 finalında Danimarkaya qalib gələrək (2:0) 1/4 finala adlamasını şərh edib. Matc.az xəbər verir ki, Naqelsmann əlverişsiz hava şəraitinə görə yaranan fasilənin xeyirlərinə olduğunu deyib. “Rəqibə qarşı layiqli mübarizə apardıq. Qarşılaşmanın ilk 20 dəqiqəsi möhtəşəm alındı. Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu. Fasilə müddətində taktiki dəyişikliklər etdik. Danimarka yaxşı komandadır. Qalib gəldiyimiz üçün xoşbəxtəm. Komandamın üzvlərinə təşəkkür edirəm”. Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Danimarkaya 2:0 hesabı ilə qalib gələn meydan sahibəri növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib İspaniya - Gürcüstan cütünün qalibi olacaq.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
matc.az

5Mənbələr