AZ

İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

AzxeberSport xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Bununla da 1/4 finalın növbəti 2 iştirakçısı müəyyənləşəcək.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. "Veltins Arena"da oynanılacaq görüşü türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşacaq. "Rayn-Energi” stadionunda keçiriləcək oyunu fransalı referi Fransua Letekse idarə edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
103
9
azxebersport.az

8Mənbələr