Nigeriyada baş verən partlayışlar nəticəsində azı 18 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə “Reuters” yerli fövqəladə hallar agentliyinə istinadən yazır.
Partlayışlar ölkənin şimal-şərqindəki Borno əyalətində baş verib.
Punch-un daha əvvəl xəbər verdiyi kimi, Nigeriyada toydan sonra baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
Təhlükəsizlik üzrə analitik Zaqazola Makama bildirib ki, 20 yaşlarında bir qız izdihamın içində partlayıcı qurğunu işə salıb.
DOĞRU.AZ