Bakı. Trend:
Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası)növbədənkənar seçkilərin birinci turu keçiriləcək.
Trend-in məlumatına görə, seçki məntəqələri əsasən yerli vaxtlasaat 08:00-da açılacaq və saat 18:00-a qədər açıq olacaqlar.
Bununla belə, bəzi şəhər və departamentlərdə məntəqələrin açılışsaatları dəyişə bilər. Xüsusən də Paris də daxil olmaqla böyükşəhərlərdə seçicilər yerli vaxtla saat 20:00-a qədər səs verəbiləcəklər
Seçkilərin ilk nəticələri yerli vaxtla saat 20:00-dan sonragözlənilir.