AZ

Bu il Qazaxda 11 445 hektar sahədə taxıl əkilib

2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11 445 hektar sahədə taxıl əkilib.

Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.

Bu günə kimi 6 938 hektar arpa sahəsinin 2 154 hektarında, 4 507 hektar buğda sahəsinin isə 307 hektarında biçin aparılıb.

Qeyd edək ki, biçinlə əlaqədar sahələrə 33 ədəd kombayn cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
banker.az

1Mənbələr