AZ

"Qarabağ" Zubirlə bağlı qərarını verdi

“Qarabağ” Abdullah Zubir ilə müqavilə müddətini uzadıb. Klubdan SİA-ya verilən məlumata görə, Ağdam təmsilçisi yarımmüdafiəçi ilə bir neçə gündən sonra başa çatacaq sözləşməni daha 3 il uzadıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandasında 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
37
sia.az

10Mənbələr