AZ

AÇ-2024: İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı - YENİLƏNİR

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki matçı baş tutacaq.

Əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək. Helzenkirhendəki "Feltins Arena"da keçiriləcək qarşılaşmanı türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək. 

Start fiti saat 23.00-da səsləndiriləcək digər oyun Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, İspaniya - Gürcüstan oyununun qalibi 1/4 finalda Aımaniya, İngiltərə - Slovakiya cütünün güclüsü isə İsveçrə ilə qarşılaşacaq.

AÇ-2024
1/8 final
30 iyun

20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".

23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
fanat.az

3Mənbələr