AZ

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növsilah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regionalqrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarıtərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd"AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədədpatron aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayonsakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllüpolisə təhvil verib.

Seçilən
96
41
az.trend.az

10Mənbələr