Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda İsveçrə və İtaliya yığmaları üz-üzə gəliblər və italyanlar rəqibə 0:2 hesabla məğlub olaraq turnirlə vidalaşıb.

Günün digər oyunu isə ev sahibi Almaniya ilə Danimarka millisi arasında keçirilib: 2:0.

Beləliklə ilk 1/4 finalçılar İsveçrə və Almaniya milliləri olub.

AÇ-2024
1/8 final

29 iyun

20:00. İsveçrə – İtaliya 2:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin. Olimpiya stadionu.

23:00. Almaniya – Danimarka 2:0
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund. “Siqnal İduna Park”.