AZ

Astarada güllələnmə hadisəsi baş verib

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB də Astarada baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, məlumatda bildirilir: "29 iyun 2024-cü il tarixində saat 23:00 radələrində Astara rayon Şüvi kəndində baş vermiş güllələnmə hadisəsi ilə bağlı bir nəfər (kişi cinsli) şəxs sifətin dağılmış-didilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
azpolitika.info

1Mənbələr