Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri üstünlüklərini möhkəmləndiriblər - 2:0.
68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcnur edib.
00:36
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri hesabda önə keçib - 1:0.
53-cü dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirib.
00:28
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda hesab açılmayıb.
Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.
00:11
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ilk yarı başa çatıb.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçın birinci hissəsində hesab açılmayıb.
Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.
23:39
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə məcburi fasilə başa çatıb.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matç qaldığı yerdən davam edib.
Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.
23:38
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü şimşək səbəbindən fasilə yaranıb.
"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.
Qeyd edək ki, matçda hesab açılmayıb.
23:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.
Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.