AZ

"İsveçrə ən yaxşı komandalarla rəqabət apara bilər"

İsveçrə millisinin cinah oyunçusu Ruben Varqas komandanın 2024-cü il Avropa çempionatının 1/4 finalına yüksəlməsi ilə bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki,  25 yaşlı futbol,u bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Biz daha əvvəl də göstərmişik ki, ən yaxşı komandalarla mübarizə aparmağa qadirik. Biz təriflərə fikir vermirik. Biz onların nə qədər yaxşı olduğunu artıq bilirik”

1/8 finalda isveçrəlilər İtaliya yığmasına qalib gəlib (2:0). Varqas meydanda 71 dəqiqə keçirib, qol vurub, məhsuldar ötürmə edib və matçın ən yaxşı oyunçusu kimi tanınıb.

2024-cü il Avropa çempionatının 1/4 finalında İsveçrə millisinin rəqibi İngiltərə və Slovakiya (30 iyun) qarşıdurmasının qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
90deqiqe.az

1Mənbələr