Astara rayonunda güllələnmə nəticəsində bir nəfər ölüb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Astara rayon Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.
Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsinə atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta