AZ

Əvvəlcə onu, sonra özünü güllələdi

Astarada güllələnmə olub, bir nəfər ölüb.

"Report"un cənub bürosunun məlumatına görə hadisə rayonun Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini 1983 - cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Seçilən
13
1
demokrat.az

10Mənbələr