AZ

Qədim Yunanıstanın ilk qadın həkimi - AQNODİS

Qədim Yunanıstanda qadınların tibb təhsili alması qadağan edilmişdi. Aqnodikenin (və ya Aqnodis) ilhamverici motivasiya hekayəsi isə bütün qadağalara meydan oxuyub.

 

Sfera.az bu yazıda sizə həyatı bahasına öz əqidəsinin arxasınca gedən qadının qələbə hekayəsini təqdim edir. 

 

Tarix boyu dəfələrlə kişilərin dominant olduğu cəmiyyətlərdə qadınların cinsinə görə öz arzu və ideayalarının arxasınca getməsinin mümkün olmadığının şahidi olmuşuq. 


Təbii ki, elə dövrlər də olub ki, qadınların öz ideyaları, məqsədlərinin arxasınca getməsi bir yana, azad şəkildə yaşaması da mümkün olmayıb. Bu dövrlərdə belə uğurları ilə göz qamaşdıran- tarixçi, yazıçı, fizik, həkim, döyüşçü və ixtiraçı qadınlarla da tanış olduq. Aqnodis hekayəsini tarix üzrə doktorluq dərəcəsi və arxeologiya sahəsində təcrübəyə malik tədqiqatçı və yazıçı Xan araşdıraraq keçmişə işıq salır və bütün qadınlara ilham verir. 

 

Aqnodis e.ə. 300-cü ildə anadan olub


Qədim Yunanıstanda qadınların tibb təhsili alması qadağan olunduğu zaman Aqnodis bu qadağanı pozaraq tarix yazıb. 


Aqnodis saçını qısa kəsdirərək oğlan kimi maskalanıb və İsgəndəriyyədəki tibb məktəbinə daxil olmağı bacarıb. 


İsgəndəriyyədə təhsilini başa vurduqdan sonra Afinaya qayıdan Aqnodis bir gün Afina küçələrində gedərkən doğuş sancılarından qışqıran bir qadının səsini eşidib.


Doğuş sancıları ilə mübarizə aparan qadına Aqnodis dərhal kömək etmək istəyib. Amma qadın onun kişi olduğunu düşündüyü üçün onun köməyini qəbul etməyib.
Aqnodis həmin vaxt həyatını dəyişdirəcək başqa bir seçim edir.

 

Heç kim tərəfindən görünmədən paltarını qaldıraraq qadın olduğunu açıqlayıb. Bu yolla o, gənc qadının doğuşuna kömək edib.

 

Bu hadisə sürətlə şəhərdə yayılmağa başlayıb...


Hekayəni eşidən bütün xəstə qadınlar müalicə üçün bir-bir Aqnodisin qapısını döyməyə başladılar.


Təbii ki, bu diqqəti cəlb etdi və Aqnodisin uğurundan narahat olan kişi həkimlərin sayı artmağa başladı. 


Onlar əvvəlcə Aqnodisi qadın xəstələri aldatmaqda günahlandırdılar. Məhkəmədə qadın olduğunu sübut edən Aqnodis bu dəfə tibb təhsili aldığı və qadın kimi həkimlik etdiyi üçün edam cəzasına məhkum edilib.

 

Ancaq qadınlar hələ bu vəziyyətdən xəbərsiz idilər. 


Bütün qadınlar, xüsusən də ölüm hökmü çıxaran hakimlərin həyat yoldaşları qərara qarşı çıxıblar. Bəziləri Aqnodis edam edilərsə, onunla birlikdə ölməyə üstünlük verəcəklərini bildirdilər.


Qadınların bu təzyiqinə tab gətirə bilməyən hakimlər Aqnodisin cəzasını ləğv edib və qadınların yalnız qadınlara xidmət etmək şərti ilə həkim olmasına icazə veriblər.

 

Beləliklə, Aqnodis tibb tarixində ilk yunan qadın həkim, cərrah və ginekoloq kimi yadda qalmağa başladı. 


İtaliyanın Ostia şəhərində qazıntılar zamanı Aqnodisin iş yerində təsvir olunan lövhəsi tapılıb.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sfera.az

1Mənbələr