AZ

"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR

Xalq Bank

Risk metodologiyası və hesabatlılıq şöbəsinin böyük/baş mütəxəssisi

Son tarix 28 iyl 2024 - Müraciət et

Təsvir:

  • Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
  • Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.

Tələblər:

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
  • Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis dili biliyi mütləqdir;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • BI və Data analitika bilikləri;
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Analitik düşünmə və tədqiqat bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

 

Problemli Kreditlərin Təqibi üzrə Regional Təmsilçisi (Xaçmaz)

 Son tarix 28 iyl 2024 Müraciət et

Təsvir:

  • Problemli Kredit portfelində olan müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi, girov predmetinə, eləcə də müştərinin biznesinə baxışın keçirilməsi;
  • Problemli Kredit portfelində olan müştərilərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi, zəruri olduqda yazışmaların aparılması;
  • Bankın balansında olan, eləcə də onun törəmə cəmiyyətlərinin mülkiyyətində olan əmlakların vaxtaşırı monitorinqinin, satışının və icarəsinin həyata keçirilməsi ilə bağlı müvafiq işlərin aparılması. 

Tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 1-2 illik iş təcrübəsi;
  • Yaxşı səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

 

Kredit şöbəsinin mütəxəssisi (Yevlax)

 Son tarix 28 iyl 2024 Müraciət et

Təsvir:

  • Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
  • Kredit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Müştəri hesablarının aparılmasına nəzarət;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

 

İnformasiya Texnologiyaları İdarəsinin Məlumat bazasının idarə edilməsi şöbəsinin mütəxəssisi

 Son tarix 28 iyl 2024 Müraciət et

Təsvir:

  • Oracle verilənlər bazası inzibatçılığı;
  • Oracle Verilənlər bazasının monitorinqi, optimallaşdırılması və tuninqi;
  • Backup/Recovery senarilərinin hazırlanması və nəzarət edilməsi;
  •  Oracle verilənlər bazası performansının tənzimlənməsi.

Tələblər:

  • Ali texniki təhsil;
  • Oracle DB administrator olaraq ən azı 1 (bir) illik təcrübə;
  • Linux əməliyyat sistemini ən azı Oracle database administrator-a lazım olacaq səviyyədə bilmək;
  • Oracle verilənlər bazası performansının tənzimlənməsi və monitorinqi bacarığı;
  • Oracle Database backup və recovery bilmək;
  • Oracle RAC və Data Guard texnologiyasını yaxşı bilmək;
  • Bu sahədə sertifikatlara sahib olan namizədlər arzuolunandır;
  • Yüksək daxili fərdi keyfiyyətlər, şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı.

 

Kredit İdarəsinin Layihələrin maliyyələşdirilməsi və aqro kreditlərlə iş şöbəsinin mütəxəssisi

 Son tarix 28 iyl 2024 Müraciət et

Təsvir:

  • Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
  • Bankın əməliyyat sistemində işlərin aparılması;
  • Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
  • Bankın filiallarına şöbənin fəaliyyət istiqamətinə uyğun kredit sifarişi ilə müraciət edən sahibkarlıq subyektlərinin kredit məhsullarından, o cümlədən, Bankın əməkdaşlıq etdiyi Fondların maliyyələşdirdiyi güzəştli kreditlərdən istifadəsinin əlçatanlığını təmin etmək, müraciətlərin operativ və keyfiyyətli formada təhlil olunaraq rəsmiləşdirilməsinə dəstək olmaq;
  • Layihə maliyyələşdirilməsi kreditlərinin, o cümlədən yeni və ya mövcud layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Biznes və aqrar kreditlər üzrə), Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və Kənd təsərrüfatı kredit məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
  • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
  • Fondların və Bankın vəsaiti hesabına maliyyələşdirilmış kreditlər üzrə monitorinqlərin keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
  • Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
  • Zərurət yarandıqda Banka kredit sifarişi edən müştərilərlə görüşlər keçirmək;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Layihə maliyyələşdirilməsi kreditləri, kənd təsərrüfatı və aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
  • Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
fed.az

1Mənbələr