AZ

AÇ-2024: İtaliya millisi mübarizəni dayandırdı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, pley-offun ilk görüşü İsveçrə və İtaliya yığmaları arasında baş tutub.

Berlində təşkil olunmuş qarşılaşmanı Polşadan olan Şimon Marçinyak idarə edib. Son Avropa çempionu olan italyanlar titulunu qorumaq üçün bu rəqibini keçməyə borclu idi. Lakin qarşılaşma İsveçrə yığmasının inamlı qələbəsiylə yekunlaşıb.

Beləliklə, İsveçrə millisi Avropa çempionatının ilk 1/4 finalçısı olub. Son çempion İtaliya yığması isə bu qitə çempionatında mübarizəni dayandırıb.

Günün digər oyunu Avropa çempionatına ev sahibliyi edən Almaniya yığması ilə Danimarka millisi arasında keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

AÇ-2024
1/8 final
29 iyun

İsveçrə – İtaliya 2:0
Qollar: Remo Froyler, 37. Ruben Varqas, 46.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin. Olimpiya stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
arena.az

1Mənbələr