AZ

“Silahı vətəni qorumaq üçün alırıq” sözləri sadəcə nağıldır”

Zərdüşt Əlizadə: “Onlar sadəcə özlərinə pul qazanırlar”

 

“Ermənistan hakimiyyətinin “silahı vətəni qorumaq üçün alırıq” sözləri sadəcə nağıldır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bu alqı-satqı sadəcə Ermənistan hakimiyyətindəki bəzi şəxslərin böyük pullar qazanmaq üsuludur:

 

“Hamıya bəllidir ki, həmin silahlar öz qiymətinə alınmır. Onların qiyməti süni şəkildə şişirdilir və nəticədə bir çox məmur bu alqı-satqıdan böyük pullar qazanır. Hindistandan haubitsaların alınması, yeni silah sövdələşmələri buna nümunədir.

 

İrəvan silah alqı-satqısından pul qazanır, erməni ictimaiyyəti isə hesab edir ki, hakimiyyət vətən haqqında düşümür.

 

Ağlı olan hər kəs bilir ki, kimsənin Ermənistana hücum etmək fikri yoxdur. Bu  isə o deməkdir ki, Ermənistanın silaha ehtiyacı yoxdur və bütün bu alqı-satqılar erməni məmurlarının şəxsi maraqlarına xidmət edir”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
moderator.az

1Mənbələr