AZ

Zubir daha 3 il “Qarabağ”da

Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

“Football-plus.az” xəbər verir ki, yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb. Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə premyer-liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudu.

Qeyd edək ki, "Qarabağ" bunadək Fabian Buntiçi və Musa Qurbanlını transfer edib, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə müqaviləni uzadıb.

Seçilən
22
43
football-plus.az

10Mənbələr