Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, günün ilk matçı İsveçrə və İtaliya milliləri arasında baş tutacaq.
Berlindəki Olimpiya stadionunda reallaşacaq dueldə A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti görüşdə Almaniya və Danimarka seçmələri üz-üzə gələcəklər.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
AÇ-2024
1/8 final
29 iyun
İsveçrə - İtaliya 1:0 (1-ci hissə)
Qol: Fröyler, 37.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.