AZ

Livanın baş naziri İsraili psixoloji müharibədə və təhdidlərdə ittiham edib

İsrail psixoloji müharibə aparır və Livanı hədələyir.

TASS xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəcib Mikati Cənub Hərbi Dairəsinin Tirdəki bazasına səfəri zamanı bildirib.

“Livana qarşı cilovsuz psixoloji müharibə aparılır, İsrail bizi yeni təcavüz təhlükəsi ilə qorxudur”, – Mikati deyib.

Zabitlərlə söhbətdən sonra Mikati belə qənaətə gəldi ki, Litani çayının cənubunda yerləşən qoşunların sayını artırmaq lazımdır.

Bundan əvvəl İranın BMT-dəki missiyası bəyan etmişdi ki, İsrailin Livana genişmiqyaslı hücumu halında “məhv müharibəsi” başlayacaq.

DOĞRU.AZ

Seçilən
85
dogru.az

1Mənbələr