AZ

Yevlaxda sel səbəbindən məcrası genişlənən çayın yatağı əvvəlki hala salındı - FOTO

Yevlax rayonunda Əlicançay çayının yatağı qazılaraq əvvəlki məcrasına qaytarılıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Aşağı Bucaq, Yuxarı Bucaq, Yenicə və Əcəmi kəndlərinin sakinləri yağan güclü yağışlardan əməl gələn selin təsiri ilə Əlicançay çayının məcrasının genişlənməsi nəticəsində tez-tez daşqınlar baş verdiyini, suyun yaşayış sahələrinə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan vurduğunu bildirib, çayın yaşayış məntəqələri yerləşən ərazilərdən keçən hissələrində bəndbərkitmə işlərinin görülməsində, çayın məcrasının dəyişdirilməsində köməklik göstərilməsi barədə müraciətlər ediblər.

Müraciətlər əsasında Əlicançay çayının ilin yağıntı çox olan mövsümlərində daşaraq əhalinin evlərinə, fərdi təsərrüfatlarına, əkin sahələrinə ciddi ziyan vurması məlum olub.

Vətəndaşların şikayətini nəzərə alan Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Su Ehtiyatları Dövlət Agentliyinə müraciət edilib və müvafiq qurumları tərəfindən çayın yatağı qazılaraq əvvəlki məcrasına, yəni sol sahilə köçürülüb.

Həmçinin sel sularının sağ sahilə keçidinin qarşısını almaq üçün damba quraşdırılıb.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
bizim.media

3Mənbələr