AZ

Vitali Borisov AÇ-yə getdi, razı qalmadı

Almaniyada keçirilən Avropa çempionatının Danimarka - Serbiya (0:0) oyununu izləyənlər arasında futzal millimizin baş məşqçisi Vitali Borisov da olub.

Görəsən, onu stadiona kim dəvət etmişdi? Turnirin təşkilatçılığını bəyənibmi? Onun "Football-plus.az"a söylədikləri:
"Bəli, Serbiya - Danimarka matçını stadiondan izlədim. Məni dostum Predraq Raiç dəvət etmişdi. Həmin oyundan razı qalmadım. Çünki matç ərzində cəmi iki-üç təhlükəli vəziyyət oldu. Lakin Almaniyada təşkilatçılıq yüksək səviyyədədi, ab-hava əladı. Fanzonalar yaradıblar, stadiona bilet tapmayan insanlar oyunları böyük ekrandan izləyir. Hər tərəfdə bayram ab-havası hiss olunur".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
football-plus.az

1Mənbələr