AZ

Kürdəmir sakinlərini boğaza yığan problem – VİDEO

Son günlər yağan leysan yağışları Kürdəmirdə fəsadlara səbəb olub.

Belə ki, leysan yağışları rayonun Şəhriyar, Məhəmməd Hadi, eyni zamanda Xanlar Səfərəliyev küçəsində yolları tamamilə iflic edib, həyətyanı sahələr su ilə dolub.

Sakinlər evlərindən çölə çıxmağa çətinlik çəkdiklərini bildiriblər.

“71 yaşım var. Mən bura gəlin gələndən küçə bu vəziyyətdədir. Yağış yağan kimi evlər su ilə dolur, gediş-gəliş olmur. Hazırda hamının həyəti suyun içindədir, kanalizasiya işləmir, baxan yoxdur. Bu gün, sabah düzələcək deyirlər, amma düzəlmir”, – sakin narazılığını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
medianews.az

2Mənbələr