AZ

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
40
mediaxeberleri.az

10Mənbələr