AZ

Astananın hava məkanının müvəqqəti bağlanıb

Astana hava limanında uçuşlar müvəqqəti təxirə salınıb.

“İki sahil” KAZINFORM-a istinadla xəbər verir ki, buna səbəb Qazaxıstan Müdafiə Nazirliyinin təyyarələrinin iyulun 3-də Astanada keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə hazırlaşmasıdır.

Mülki Aviasiya Komitəsinin məlumatına görə, hazırlıq uçuşları iyunun 30-dək saat 09.25-dən 10.20-dək həyata keçiriləcək. Sərnişinlərə bu müddət ərzində aviaşirkətlərdən uçuş vaxtını əvvəlcədən yoxlamaları tövsiyə olunur.

Eyni zamanda qeyd edək ki, hava məkanının müvəqqəti bağlanması nəticəsində yaranan gecikmələr digər şəhərlərdə, xüsusən də Astana və Almatıda uçuşların gecikməsinə səbəb ola bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
ikisahil.az

1Mənbələr