AZ

Kvaratsxeliya “Napoli”nin təklifini qəbul etmədi

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliya Neapolitan klubunun prezidenti Aurelio De Laurentisin müqaviləsini bonuslar daxil olmaqla illik 5 milyon avro maaşla 2029-cu ilə qədər uzatmaq təklifini qəbul etməyib. Matc.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Bildirilir ki, Kvaratsxeliya, onun agenti Mamuka Cuqeliya və De Laurentis arasında görüş baş tutub. Görüşdə 23 yaşlı hücumçu ona təqdim olunan təklifi nəzərdən keçirmək üçün vaxt lazım olduğunu bildirib. Tərəflərin növbəti görüşü AVRO-2024 başa çatdıqdan sonra baş tutmalıdır. Vurğulanır ki, Kvaratsxeliya hazırda PSJ-dən ildə 11 milyon avro qazana biləcək təklif alıb. Qeyd edək ki, ötən mövsüm cinah oyunçusu bütün yarışlarda 48 matçda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
matc.az

1Mənbələr