AZ

Cekonun "Fənərbağça"dakı aqibəti necə olacaq?

Edin Ceko "Fənərbağça"nı tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Yağız Sabunçuoğlu yayıb.

Xəbərə görə, Türkiyə klubundakı gələcəyi qeyri-müəyyən olan 38 yaşlı forvard Xorvatiya və Səudiyyə Ərəbistanı klublarından real təkliflər alıb.

Ceko 2023-cü ildən "Fənərbağça"nın formasını geyinir. Son mövsümdə İstanbul təmsilçisinin sıralarında bütün turnirlərdə 46 matça çıxan təcrübəli forvard 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "sarı bülbüllər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
fanat.az

1Mənbələr