"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Sarı-qırmızılar" Ziyeş üçün İngiltərə klubuna təzminat ödəməyib.
31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq.
Qeyd edək ki, Hakim Ziyeş ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta