AZ

MSK sədri: Parlament seçkiləri tarixə düşəcək

Parlament seçkiləri tarixə düşəcək, çünki Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu seçkilər tarixi seçkidir: “Burada məntəqələrin sayı bir az çox olacaq. Bu təbiidir. Hazırda məskunlaşma sürətlə davam edir, onlar öz torpaqlarına qayıdır. Bu seçkilərdə biz onları məmnuniyyətlə nəzərə alacağıq. Bu baxımdan MM-ə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək. Bizim fəaliyyətimiz çox böyük standartlarla həyata keçirilməlidir. Bizim fəaliyyətimizdə birinci maarifləndirmə məsələsidir.

Seçilən
140
4
apa.az

5Mənbələr