AZ

Serxio Riko PSJ-dən ayrıldı

Fransanın PSJ klubu ispan qapıçı Serxio Rikonu müqaviləsinin sonunda azad agent kimi buraxıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı “RMC Sport” paylaşıb. Ötən ilin mayında atdan yıxılan futbolçu daha sonra başına zərbə alıb və xəstəxanaya yerləşdirilib. O, beyin qanamasından təxminən 5 həftə reanimasiyada yatıb. Həkimlər meydana gələn anevrizma səbəbindən onu əməliyyat etməli olublar və sonda futbolçu sağala bilib. Riko keçən mövsümü buraxmalı olub, lakin parislilər ona müqaviləyə əsasən maaşını ödəməyə davam ediblər. İndi isə başa çatan 5 illik müqaviləni yenləməyiblər. Fransa çempionları “Krasnodar”ın qapıçısı Matvey Safonovla müqavilə bağlayıblar və “Real”ın qolkiperi Andrey Lunini də ala bilərlər. 30 yaşlı Rikonun karyerasını harada davam etdirəcəyi ilə bağlı hələlik məlumat yoxdur. Ola bilsin ki, futbolçu futbolçu karyerasını tamamilə bitirsin.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
matc.az

1Mənbələr