AZ

“The New York Times” Baydeni geri çəkilməyə çağırdı

Bu gün Amerikanın ən nüfuzlu dövri nəşri “The New York Times”ın redaksiya heyəti ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni geri çəkilməyə çağırıb. Buna səbəb Baydenin seçkiqabağı ilk debat zamanı çox uğursuz çıxışı olub.

Qəzetin redaktorları partiyanın gecikmədən yeni namizəd seçməyə başlamalı olduğunu vurğulayaraq, “Demokratların seçilməsinin ən bariz yolu Amerika ictimaiyyətinə cənab Baydenin seçki kampaniyasını davam etdirə bilməyəcəyini vicdanla etiraf etməkdir”.

“Demokratlar Partiyası bir şəxsin ambisiyalarını ölkənin maraqlarından üstün tutmamalıdır. Partiya sıralarında noyabrda keçiriləcək seçkilərdə Baydeni əvəzləməyə və cənab Trampa qalib gəlməyə qadir olan fiqurlar var”, - “The New York Times”ın redaktor məqaləsində deyilir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
azpolitika.info

1Mənbələr