AZ

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum oldu

Bakı. Trend:

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nəzaman başlanacağı məlum olub.

Trend-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının MilliMəclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsashərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasipartiyalar, siyasi partiyaların blokları, səlahiyyətlinümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmışdayandırmalıdırlar.

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatınaparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-daseçkiqabağı təşviqat dayandırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış AzərbaycanRespublikası Milli Məclisinin buraxılması və AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyinedilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
49
az.trend.az

10Mənbələr