AZ

"Ona görə övladım hələ də subay qalıb" - Könül Kərimovadan etiraf

Əməkdar artist Könül Kərimova "Zaurla günaydın" verilişində oğlu Rəşad Kərimovu evləndirə bilməməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Könül Kərimova bu sözləri deyib:

"Bir yazıçıdan belə bir fikir eşitdim, yanlış bir evlilik ömrü boyu uduzmaq deməkdir. Övladlarıma da hər zaman bu haqda danışıram. Ona görə də övladım hələ də subay qalıb. Mənə deyirlər ki, niyə oğlun üçün bir qız tapa bilmirsən? Deyirəm ki, illərdir ki, dişimlə dırnağımla əziyyət çəkirəm, çalışıram. Bunu övladlarım üçün edirəm. Mən övladlarımla bağlı rahat olmaq istəyirəm. Geri yanımdan narahat olmaq istəmirəm. Şükür Allaha qızımın həyatından rahatam. Amma oğlan üçün qız tapmaq çox çətindir".


Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
teleqraf.com

1Mənbələr