AZ

Prezident İlham Əliyev Belarusla imzalanmış protokolu təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti iləBelarus Respublikası Hökuməti arasında malların mənşəyininsertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqihaqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2024-cü il mayın 16-daBakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti iləBelarus Respublikası Hökuməti arasında malların mənşəyininsertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqihaqqında Protokol” təsdiq edilib.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonraİqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarınınhəyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruriolan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BelarusRespublikası Hökumətinə bildiriş göndərməlidir.

Seçilən
74
36
az.trend.az

10Mənbələr