AZ

"Barselona"nın futbolçusu İngiltərədə oynamaq istəyir

"Barselona"nın kapitanı Sergi Roberto komandasını dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Qabriel Sanz "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O Kataloniya nəhənginin maliyyə problemləri üzündən 32 yaşlı veteranı qeydiyyatdan keçirə bilmədiyini və bu səbəbdən futbolçu ilə yolları ayırmaq niyyətində olduğunu qeyd edib.

 Roberto ilə La Liqa təmsilçiləri, o cümlədən "Jirona", "Valensiya" və "Sevilya", eləcə də "İnter" maraqlanır.

Futbolçunun özü də İngiltərədə oynamaq istədiyi üçün Premyer Liqa klublarından gələn təklifləri nəzərdən keçirmək istəyir.

Sergi Roberto 2006-cı ildə klubun akademiyasına qoşulduqdan sonra heç vaxt "Barselona"nı tərk etməyib. Ötən mövsüm ispaniyalı 24 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
90deqiqe.az

1Mənbələr